İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 124 min əhalisi olan Semnan şəhərindən 36 km şimal-qərbdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.