İrandakı əməliyyatları belə izlədilər - Fotolar

irandaki-emeliyyatlari-bele-izlediler
Oxunma sayı: 1823

Ağ Ev ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumları izlədiyi zaman Floridadakı Mar-a-Laqo iqamətgahında qurulan otağından fotoları dərc edib.

“Qafqazinfo” xəbər verir ki, yayımlanan şəkillərdə Trampın əməliyyatların gedişini izlədiyi əks olunub.

Bununla yanaşı, Ağ Ev ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Ağ Evdə yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirdiyini göstərən fotonu da paylaşıb.

Məlumata görə, Vens həmin vaxt Floridada Trampla birlikdə olmayıb.