İrandakı helikopter qəzasında 4 nəfər öldü - Yenilənib - Video

irandaki-helikopter-qezasinda-4-nefer-oldu
Oxunma sayı: 758

İranda helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə İsfahanda qeydə alınıb.

Helikopterin meyvə-tərəvəz bazarının yaxınlığında qəzaya düşdüyü bildirilib.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

***

Agentliyin məlumatına görə, helikopter İran ordusunun aviasiya bölmələrinə məxsus olub.

Qəza nəticəsində 4 nəfər həlak olub. Onlardan biri pilot, biri pilot köməkçisi, daha 2 nəfər isə bazarda işləyən satıcı olub.