İraqda ABŞ hərbçilərinin yerləşdiyi bazaya raket hücumu

iraqda-abs-herbcilerinin-yerlesdiyi-bazaya-raket-hucumu
Oxunma sayı: 2819

İraqın Səlahəddin vilayətində ABŞ və digər xarici müqaviləli hərbçilərin yerləşdiyi Beled Hərbi Bazasının ətrafındakı əraziyə dörd raket hücumu həyata keçirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsi açıqlama yayıb.

“Terrorla mübarizə aparan İraq təyyarələrinin yerləşdiyi Beled Hərbi Bazasının ətrafında dörd raket hücumu həyata keçirilib", - məlumatda bildirilib.

Hücum nəticəsində insan və ya maddi tələfat qeydə alınmayıb.

Hücuma görə məsuliyyəti kimin üzərinə götürdüyü barədə məlumat verilməyib.

Beled hərbi bazası əvvəllər də oxşar hücumlara məruz qalıb.