İraqda toydakı yanğının səbəbi fişəng imiş - Video

iraqda-toydaki-yanginin-sebebi-fiseng-imis
Oxunma sayı: 4929

İraqın Neynəva vilayətində toy zamanı baş verən dəhşətli yanğının səbəbi açıqlanıb.

“Qafqazinfo” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, yanğına səbəb təhlükəsizlik tədbirlərinin mövcud olmaması və binanın içərisində qapalı məkanda fişəng yandırılması olub. 

İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, eyni zamanda binanın qəza çıxışlarının bağlı olması da yanğın qurbanların sayının çox olmasına səbəb olub. Bununla yanaşı, binanın inşası zamanı yanğına davamlı olmayan materiallardan istifadə olunduğu da bildirilir. 

Xatırladaq ki, İraqın şimalında baş verən sözügedən hadisə zamanı ölən və yaralananların ümumi sayı 450 nəfərə çatıb. Bəy və gəlin hazırda koma vəziyyətindədirlər. Ölkədə hadisə ilə bağlı üçgünlük matəm elan edilib.