İrem yıxılıb xəstəxanalıq oldu

irem-yixilib-xestexanaliq-oldu
Oxunma sayı: 2729

Türkiyəli müğənni İrem Derici bədbəxt hadisə ilə üzləşib.

“Qafqazinfo” “Sabah” nəşrinə istinadən xəbər verir ki, sənətçi Mersindəki konsertindən əvvəl evində yıxılıb. 

Xəstəxanaya aparılan sənətçinin kəllə-beyin travması aldığı üzə çıxıb.

Onun bu səbəbdən konserti təxirə salınıb. İfaçı hazırda müalicə alır.