İrəvanda etirazlar səngimir

İrəvanda etirazlar səngimir
Oxunma sayı: 679

Ermənistan müxalifəti bu gün səhər də paytaxt İrəvanda etiraz aksiyası keçirməyə başlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etirazçılar şəhərin müxtəlif yerlərində toplaşıb.

Bir qrup aktivist artıq paytaxtın mərkəzinə doğru hərəkət etməyə başlayıb. Digər bir qrup etirazçı isə şəhərin mərkəzində Maştoça prospektini bağlayıb.

Bununla yanaşı, Ermənistan müxalifəti Bakı vaxtı ilə 19:00-da “Fransa” meydanında yenidən mitinq keçirməyi planlaşdırır.