İrəvanla Moskva yeni atom enerji bloklarının inşası ilə bağlı danışıqlar aparır

irevanla-moskva-yeni-atom-enerji-bloklarinin-insasi-ile-bagli-danisiqlar-aparir
Oxunma sayı: 1103

“İrəvan və Moskva Ermənistanda yeni atom enerji bloklarının inşası ilə bağlı danışıqlar aparır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclasında deyib.

Overçuk atom enerjisindən dinc məqsədlər üçün istifadəni ikitərəfli münasibətlər gündəliyində çox vacib məsələ adlandırıb.