İrigövdəli ağacları məhv edən şəxs tutuldu - Foto

irigovdeli-agaclari-mehv-eden-sexs-tutuldu
Oxunma sayı: 948

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, Zərdab RPŞ-nin keçirdiyi tədbirlərlə Körpükənd kəndində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakini Yarış Şəmiyev saxlanılıb. Əraziyə baxış zamanı sonuncu tərəfindən ümumilikdə 25 ədəd yaş gövdəli ağacın kəsildiyi müəyyən edilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Zərdabda qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər zamanı 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.