İşdən çıxarılan generalın yerinə - Təyinat

isden-cixarilan-generalin-yerine
Oxunma sayı: 13851

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq onun yerinə təyinat var. Belə ki, müvafiq sərəncamla polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.

E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin Sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.