İşğal altındakı Mariupolda ilk dəfə - Fotolar

isgal-altindaki-mariupolda-ilk-defe
Oxunma sayı: 8000

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinə səfər edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Putin helikopterlə Mariupol şəhərinə gedib.

Putin Mariupolun sahil xəttini və teatr binasını gəzib.

Rusiya Prezidentinə şəhərdə aparılan tikinti və təmir işləri barədə məlumat verib.

Putin Mariupolda Nevski məhəlləsinin sakinləri ilə görüşüb.

Qeyd edək ki, Mariupola səfər Putinin müharibə başlayandan bəri Rusiyanın nəzarətində olan ərazilərə ilk səfəri olub.