İslandiyada vulkan püskürməsindən sonra - Xəbərdarlıq

islandiyada-vulkan-puskurmesinden-sonra
Oxunma sayı: 2591

İslandiyanın cənub-qərbində Reykyavik yarımadası yaxınlığında baş verən vulkan püskürməsi ciddi fəsad yaradıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb. Belə ki, ətrafı bürüyən duman atmosfer qatında güclü qaz çirklənməsi yarada bilər.

“Duman yaxın günlərdə paytaxt Reykyaviki də cənginə ala bilər”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 18-i axşam saatlarında İslandiyanın cənub-qərbində güclü vulkan püskürməsi baş verib.