ABŞ Prezidenti Donald Tramp hərbi xərcləri ÜDM-in 5%-nə çatdırmaqdan imtina edən İspaniya ilə bütün ticarət əlaqələrini kəsmək niyyətində olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Almaniya kansleri Fridrix Merts ilə görüşü zamanı deyib.
Amerika lideri İspaniyanın NATO-dakı mövqeyini kəskin tənqid edərək, Madridi müdafiə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb:
“İspaniya rəhbərliyi “əla liderlik” nümayiş etdirmir və hətta 2%-lik minimal hədəfi belə təmin etmir. Buna görə də rəsmi Vaşinqton İspaniya ilə iqtisadi və ticarət əlaqələrini tamamilə dondurmağa hazırlaşır”.
Qeyd edək ki, İspaniyanın Baş naziri Pedro Sançes iddialara cavab olaraq ölkəsinin son on ildə müdafiə xərclərini 70% artırdığını xatırladıb. İspaniya hökuməti 2029-cu ilədək müdafiə büdcəsini ÜDM-in 2%-nə çatdırmağı planlaşdırır.
Xatırladaq ki, Tramp daha əvvəl İspaniyanın NATO-dan çıxarılması ilə bağlı təkliflərlə çıxış etmişdi.
Son xəbərlər
Son Xəbərlər