İsrail ordusu Tehran yaxınlığında yerləşən və nüvə silahı istehsalında istifadə edildiyi ehtimal olunan “Minzadehi” adlı gizli hərbi obyekti darmadağın edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Efi Defrin deyib.
General bildirib ki, bir neçə saat əvvəl həyata keçirilən zərbə nəticəsində obyekt tamamilə sıradan çıxarılıb:
“Müəssisə nüvə silahı hazırlamaqla məşğul olan alimlərin mərkəzi kimi fəaliyyət göstərirmiş”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin başladığı genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində İranın ballistik raket istehsalı və digər strateji hərbi infrastrukturu ardıcıl olaraq hədəfə alınmaqdadır. Rəsmi Tehran daha əvvəl ölkədə nüvə silahı proqramının olmadığını iddia etsə də, beynəlxalq koalisiyanın hücumları bu iddiaların əsassız olduğunu göstərir.
Son xəbərlər
Son Xəbərlər