İsrail Prezidenti müxalifət liderləri ilə görüşdü

israil-prezidenti-muxalifet-liderleri-ile-gorusdu
Oxunma sayı: 1266

İsrail Prezidenti İshaq Hersoq məhkəmə islahatları ilə bağlı müxalifət liderləri ilə görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş Prezident İqamətgahında baş tutub.

Görüşdə müxalifətin aparıcı nümayəndəsi olan Gələcək Partiyasının sədri Yeş Atid və Milli Birlik Partiyasının nümayəndələri iştirak edib.

Bildirilib ki, Hersoq müxalifət nümayəndələri ilə hökumətin qəbul etmək istədiyi, lakin ölkədə kütləvi nümayişlərə və tətillərə səbəb olan məhkəmə islahatları ilə bağlı danışıqlar aparıb.

İsrail Prezidentinin yaxın vaxtlarda digər partiyaların nümayəndələri ilə də görüşəcəyi bildirilib.