İsrailin Yerusəlim şəhərinin Neve Yaakov yəhudi məhəlləsində sinaqoqa silahlı hücum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Nəşrin məlumatına görə, atışmada şübhəli bilinən şəxs güllələnib.
İsrail polisinin məlumatına görə, hücum terror aktı kimi qiymətləndirilir.
***
İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı ölənlərin sayı artıb.
Hadisə zamanı 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
***
Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxsin kimliyi bilinib.
O, HƏMAS quruplaşmasının üzvü olub.