İsraildən “Hizbullah”ın hədəflərinə zərbə

israilden-hizbullahin-hedeflerine-zerbe
Oxunma sayı: 2250

İsrail Livanda “Hizbullah”ın hədəflərini vurduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hizbullah” açıqlama yayıb.

Həmin açıqlamada İsrail ordusunun Livan sərhədindəki məntəqələrinə atəş açdığı qeyd olunub.

Bildirilib ki, cavab olaraq atəş açılan nöqtələr artilleriya hücumları ilə hədəfə alınıb.

Qeyd edək ki, oktyabrın 8-dən İsraillə “Hizbullah” sərhədində ara-sıra qarşılıqlı hücumlar olur.

Bu hücumlarda 86 “Hizbullah” üzvü və 6 İsrail əsgəri həlak olub.

İsrailin Livana hücumları nəticəsində 22 mülki şəxs də həlak olub.