İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib - Yenilənib

israilin-azerbaycandaki-sefirliyi-fealiyyetini-berpa-edib
Oxunma sayı: 5685

İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.

 Qeyd edək ki, İsraildə Netanyahunun təklif etdiyi məhkəmə islahatları böyük etirazlara səbəb olub.

***

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.