İsrailin şimalı atəşə tutuldu - Yaralılar var

israilin-simali-atese-tutuldu
Oxunma sayı: 1633

İsrailin şimalında yerləşən Şfaram qəsəbəsi Livandan atəşə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə milli təcili yardım xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində azı 6 nəfər yaralanıb.

İsrail ordusunun Mətbuat xidmətinin məlumatına görə, son hücum zamanı Livan ərazisindən təxminən beş mərmi atıldığı qeydə alınıb.