İsrailin xarici işlər naziri Azərbaycana gələcək

israilin-xarici-isler-naziri-azerbaycana-gelecek
Oxunma sayı: 1245

İsrailin xarici işlər naziri Eli Kohen gələn ay Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

E.Kohen böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəyini bildirib: “Münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı müzakirələr aparacağıq. İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”.