İstanbul Böyükşəhər Bələdiyyəsi ətrafında yollar bağlandı

istanbul-boyukseher-belediyyesi-etrafinda-yollar-baglandi
Oxunma sayı: 2196

İstanbul Böyükşəhər Bələdiyyəsinin binasının ətrafındakı yollar bağlanıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar qəbul edib.

Bildirilib ki, 21 mart saat 14:00-dan 22 mart saat 14:00-a qədər nəqliyyatın hərəkəti üçün yollar bağlı olacaq.

Qeyd edək ki, İstanbuldan sonra Türkiyənin Ankara və İzmir şəhərlərində də mətbuata açıqlamalar və aksiyalar qadağan edilib.