“Qafqazinfo”ya açıqlamasında müğənni nişanlanmadığını bildirib:
“Heç yerdə deməmişəm ki, nişanlanmışam, toyumdur. Sadəcə demişəm ailə qurmaq istəyirəm. Belə bir hadisə baş versə, hamınız biləcəksiniz. Hazırda yaradıcılığımda heç bir yenilik yoxdur, şəxsi yaradıcılığım ilə məşğulam. İndi o daha maraqlıdır, mən də onun həvəsindəyəm. Ailə qurduqdan sonra toylara getməyəcəm, sadəcə efirlərə, konsertlərə çıxacam. Onsuz da mən öz kefimlə hərəkət etmişəm, istəyən də oxumuşam, istəyəndə oxumamışam. Heç vaxt arzulamamışam ki, ailə qurub sənətdən gedim. Lakin istəyirəm ki, ərim qazanıb gətirsin, mən də yeyim”.