İtaliyanın Modena şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı şəxslər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, şəhər mərkəzində 31 yaşlı sürücü idarə etdiyi avtomobillə səkidə olan piyadaların üzərinə çıxıb.
Hadisə nəticəsində 8 nəfər yaralanıb, onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlara əsasən, avtomobil piyadalara çırpıldıqdan sonra dayanmayaraq mağazanın vitrininə də dəyib. Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub.
Şahidlərin bildirdiyinə görə, sürücü hadisədən sonra nəqliyyat vasitəsindən düşərək ona müdaxilə etməyə çalışan şəxslərdən birinə hücum edib.
31 yaşlı sürücü polis tərəfindən saxlanılıb və hazırda dindirilmə mərhələsindədir.
İtaliya Baş naziri Corciya Meloni hadisəni “son dərəcə ciddi” kimi qiymətləndirib və yerli hüquq-mühafizə orqanları ilə koordinasiyada olduqlarını bildirib.
Hadisə ilə bağlı istintaq başladılıb.
Son xəbərlər
Son Xəbərlər