İtaliyada güclü zəlzələ oldu

italiyada-guclu-zelzele-oldu
Oxunma sayı: 1911

İtaliyanın cənubunda 5,1 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən Lonqobukko kommunasından 8 kilometr cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.