İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb

italiyada-iki-medal-qazanan-avarcekenlerimiz-vetene-qayidib
Oxunma sayı: 205

Akademik avarçəkmə üzrə təşkil olunan “Paolo d’Aloja” xatirə turnirində medal qazanan idmançılarımız Nurlan Paşayev, Ziya Məmmədzadə və Azər İlyasov vətənə qayıdıb. 

“Qafqazinfo” xəbər verir ki, onlar bu gün ölkəmizə çatıblar. 

Xatırladaq ki, Nurlan Paşayev-Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb.  Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.