Astarada itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 9-u səhər saat 08 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.
Artıq FHN-ə məxsus helikopter də ərazidə axtarışlara başlayıb.
Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.
***
FHN itkin düşən balıqçıların axtarışları ilə bağlı məlumat yayıb.
Bildirilib ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan Həsənov Ağadədə Famil oğlu və Həsənov Turan Eyvaz oğlunun, həmçinin 27 sentyabr 2025-ci il tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.
Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər