İtkin düşən 21 yaşlı qız tapıldı

itkin-dusen-21-yasli-qiz-tapildi
Oxunma sayı: 10354

Bakıda itkin düşən 21 yaşlı Pərvanə Məmmədova tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, gənc qız polis tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmamışdı.