İzmirdə yaşayış binasında güclü yanğın - Video - Yenilənib

izmirde-yasayis-binasinda-guclu-yangin
Oxunma sayı: 4665

Türkiyənin İzmir şəhərində 8 mərtəbəli, 4 bloklu yaşayış binasında güclü yanğın başlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın qısa müddətdə bütün binaya yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən cəlb edilib.

Hadisə yerinə gələn İzmir valisi Səlim Köşger “TRT Haber”ə yanğın başladığı zaman binanın bütün sakinlərinin təxliyə edildiyini bildirib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

***

İzmir şəhərində baş verən yanğında 6 nəfər zəhərlənib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə 20 təcili tibbi yardım maşını cəlb edilib.