“JAC” yük avtomobilləri satış mərkəzi “Rebuild Karabakh” sərgisində - Fotolar

jac-yuk-avtomobilleri-satis-merkezi-rebuild-karabakh-sergisinde
Oxunma sayı: 777

“JAC” yük avtomobilləri satış mərkəzi Azərbaycanın iqtisadi inkişafına və Qarabağın infrastrukturunun yenidən qurulmasına töhfə vermək məqsədilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (Rebuild Karabakh) iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, 15-17 oktyabr tarixlərində baş tutan sərgidə regionun yenidən qurulması və inkişafı üçün mühüm bir platforma olaraq, biznes liderləri, dövlət nümayəndələri və mütəxəssisləri bir araya gəlib.

Xəzər inşaat həftəsi çərçivəsində keçirilən sərgidə 22 ölkədən 380-dən artıq şirkət yer alıb.

Qeyd edək ki, “JAC” yük avtomobillərinin Azərbaycandakı rəsmi distributoru ölkənin avtomobil bazarında qabaqcıl şirkətlərdən biri olan “Auto Azərbaycan” şirkətidir.

Sərgidə “JAC” brendinin müxtəlif yük avtomobili modellərini və müştərilərə etibarlı və səmərəli yük daşınması həlləri təqdim olunub.

Sərgi çərçivəsində “Auto Azərbaycan” şirkətinin satış nümayəndələri “JAC” yük avtomobillərinin texniki üstünlükləri, yanacaq sərfiyyatı və müştəri xidmətləri haqqında ətraflı məlumat veriblər.

Eyni zamanda, B2B formatında keçirilən işgüzar görüşlərdə iştirak edən nümayəndələr, gələcək əməkdaşlıqlar və tərəfdaşlıq əlaqələri qurmaq istiqamətində müzakirələr aparıblar.

Əlaqə məlumatları:

(051) 280-50-73

(010) 260-88-01

[email protected]

www.jactrucks.az

Hökməli qəsəbəsi, Şamaxı şossesi, 15-ci km