Japarov Tacikistandakı səfiri geri çağırdı

japarov-tacikistandaki-sefiri-geri-cagirdi
Oxunma sayı: 1114

Qırğızıstanın Tacikistandakı səfiri Janış Rustenbekov vəzifəsindən geri çağırılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bununla bağlı sərəncam imzalayıb.

J. Rustenbekov 2018-ci ilin dekabrından Qırğızıstanın Düşənbədəki səfiri olub. Bundan əvvəl isə ölkəsinin Türkmənistandakı (2014-2018) və Qazaxıstandakı (2007-2011) diplomatik missiyasına rəhbərlik edib.