“Jirinovski tutması, yeni pristupun xəstəlik tarixçəsi” - Video

jirinovski-tutmasi-yeni-pristupun-xestelik-tarixcesi
Oxunma sayı: 6967

REAL TV Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin gündəmə gələn çıxış ilə bağlı reportaj hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, reportajda Jirinovskinin öz çıxışları əsasında əsas mahiyyəti ortaya qoyulub.

“Müdrikləşmək əvəzinə xərifləmiş qoca… Öz mövcudluğu ilə Tolstoyun dilini bulayan, Lomonosovun dünyagörüşünü zibilləyən, Qaqarini göydən yerə vuran birisi… Məncə, Alla Puqaçovanın bu sualı Jirinovski mövcud olduqca qüvvədə olacaq:

“Vladimir Volfoviç, siz tərbiyəsizlik edəndə, yalan danışanda, özü də sırtıqcasına, birbaşa efirdə. Niyə siz özünüzü o qədər əxlaqsız aparırsınız ki, hələlik yalnız prezidentliyə namizəd üçün, bu rüsvayçılıq sizindir, Allah göstərməsin, birdən bu xəcalət bütün ölkəyə məxsus olsun. Siz ağzınızın zibilini dağıdırsınız, əl-qol açırsınız, özünüzü cilovunuzu qırmış kimi aparırsınız.

Sualım belədir: Bu, sizin yuxarıdan icazə verilmiş imicinizin bir hissəsidir?”

Belə sualları uzatdıqca uzatmaq olar. Daha çox həkimin pasiyentə verməli olduğu suallara Jirinovskinin cavabları ya olmur, ya da belə olur:

“Burada mən cavab verirəm, siz isə susmalısınız”.

Daha ətraflı videomaterialda: