Juninyo 7 aydan sonra “Flamenqo”da qol vurdu - Video

juninyo-7-aydan-sonra-flamenqoda-qol-vurdu
Oxunma sayı: 5012

“Qarabağ”ın sabiq hücumçusu Juninyo uzun fasilədən sonra fərqlənib.

“Qafqazinfo” xəbər verir ki, hazırda Braziliyanın “Flamenqo” klubunda çıxış edən forvard “Sport Resife”yə qarşı oyunda qol vurub.

Belə ki, 27 yaşlı Juninyo 56-cı dəqiqədə meydana daxil olub və cəmi 5 dəqiqə sonra komandasını hesabda önə keçirən qola imza atıb.

Bu, onun 7 aylıq fasilədən sonra ilk qoludur.