“Azərsun Holdinq”in təşkilatçılığı ilə Beynəlxalq çay günü ilə əlaqədar jurnalistlər üçün Masallıya mediatur təşkil olunub. Görüş çərçivəsində media nümayəndələri “Azerçay”ın çay plantasiyalarına baş çəkərək ilin ilk çay yığımı prosesi ilə yaxından tanış olublar.
Səfər zamanı jurnalistlərə yerli çayçılığın inkişafı istiqamətində görülən işlər, plantasiyalarda tətbiq olunan aqrotexniki üsullarla bağlı məlumat verilib.
“Sun Tea” çay fabrikinin direktoru Nuriyyə Rəhmanova yağış mövsümünün məhsuldarlığa müsbət təsir etdiyini qeyd edib: “Bugün etibarı ilə bağlarda çay yığımı başlayıb. Bu il məhsuldarlığın daha yaxşı olacağını gözləyirik. Keçən ilə nisbətən təxminən 10-12% artım müşahidə olunacaq”.
İdari işlər üzrə məsul şəxs Altay Abbasov ilin ilk yığımının başladığını və 22 minə yaxın şitil əkildiyini bildirib: “Keçən illə müqayisədə bu il əkin sahələrimiz də artıb, bununla əlaqədar məhsulun bol olacağını düşünürük”.
Qeyd edək ki, “Azerçay” məhsulları yerli bazarla yanaşı dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. “Made in Azerbaijan” markasını daşıyan məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil edilir və Azərbaycan çayçılıq ənənələrinin dünyada tanıdılmasına töhfə verir.




Son xəbərlər
Son Xəbərlər