Türkiyənin milli döyüş təyyarəsi “KAAN” bu gün ilk uçuşunu uğurla həyata keçirib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, “KAAN”ın ilk uçuşunu sınaq pilotu Barbaros Dəmirbaş icra edib.
Qeyd edək ki, beşinci nəsil qırıcı olan “KAAN” 2017-ci ildən Türkiyədə “Milli döyüş təyyarəsi” proqramı çərçivəsində yaradılıb, 2028-ci ildə isə kütləvi istehsalına başlanılacağı planlaşdırılır. “KAAN” ilə Türkiyə bu səviyyədə (5-ci nəsil) təyyarə istehsal edə bilən 5 ölkədən biri olacaq. Döyüş təyyarəsi hər cür hava və yer hədəflərinə strateji hücum imkanı verəcək. O, səsdən yüksək sürətlə dəqiq və tam vuruş xüsusiyyətləri ilə fərq yaradacaq.
Xatırladaq ki, Türkiyə və Azərbaycan beşinci nəsil “KAAN” qırıcısının yaradılması layihəsi çərçivəsində əməkdaşlıq barədə razılığa gəliblər.