Kadi Borges ÇL-in iştirak ərizəsindən çıxarıldı - Onu Montiel əvəzlədi

kadi-borges-cl-in-istirak-erizesinden-cixarildi
Oxunma sayı: 1798

“Qarabağ” zədələnərək 2 aylıq sıradan çıxan Kadi Borgesi Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçini ispan futbolçu Joni Montiellə əvəzləyib. 

J.Montiel ÇL-in növbəti turunda “Napoli” ilə matçda Qurban Qurbanovun sərəncamında olacaq. 

UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Qeyd edək ki, Kadi Borges Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə matçda zədələnib və 2 aylıq sıradan çıxıb. 

Xatırladaq ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.