Kadırovun qızı Çeçenistan Baş nazirinin müavini olacaq

kadirovun-qizi-cecenistan-bas-nazirinin-muavini-olacaq
Oxunma sayı: 2536

Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Ayşat Kadırovanın respublikanın Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi təklifini dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu qərar Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev tərəfindən təklif olunub.

“Mən Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Təbii ki, Ayşat Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb”, - Kadırov qeyd edib.