Kaliforniyada qar uçqunu - 10 xizəkçi itkin düşdü

kaliforniyada-qar-ucqunu
Oxunma sayı: 388

ABŞ-nin Kaliforniya ştatında, Sierra Nevada dağlarında baş verən güclü qar uçqunu nəticəsində 10-a qədər xizəkçi itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında Trukki yaxınlığındakı Kasl Pik bölgəsində qeydə alınıb.

Nevada Şəhər Şerif Ofisinin məlumatına görə, uçqunda 4 bələdçi və 12 müştəridən ibarət, ümumilikdə 16 nəfərlik xizəkçi qrupu qalıb.

Rəsmilər bildiriblər ki, ən azı altı nəfər sağdır və hadisə yerində kömək gözləyir. Digər xizəkçilərin taleyi isə hələ məlum deyil.

Hadisə zamanı bölgədə güclü fırtına müşahidə olunub. Qaranlığın düşməsi və magistral yolun bağlanması səbəbindən xilasedicilərin əraziyə çatması gecikib. Səlahiyyətlilər uçqun riskinin hələ də yüksək olduğunu və əməliyyatın ehtiyatla aparıldığını bildiriblər.

Sierra Uçqun Mərkəzi həmin gün səhər saatlarında bölgə üçün “yüksək uçqun təhlükəsi” barədə xəbərdarlıq etmişdi.

Əgər itkin düşənlərin hamısının həlak olduğu təsdiqlənərsə, bu hadisə ABŞ-də son illərin ən ölümcül uçqunlarından biri kimi qeydə alına bilər. Məlumata görə, ölkədə son on ildə hər qış mövsümündə orta hesabla 27 nəfər uçqunlar nəticəsində həyatını itirib.

Hadisə ilə bağlı araşdırma davam edir.