Kambocanın Baş naziri Zəfər parkı və Fəxri xiyabanda - Fotolar - Yenilənib

kambocanin-bas-naziri-zefer-parki-ve-fexri-xiyabanda
Oxunma sayı: 465

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet bu gün Bakıda Zəfər parkını ziyarət edib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kamboca Krallığının Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

***

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.

Baş nazir Hun Manet həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.