Almaniyanın əmək və sosial məsələlər naziri Berbel Bas istefa verib.
“Qafqazinfo” Almaniyanın “ntv” portalına istinadən xəbər verir ki, 58 yaşlı siyasətçi həmçinin Sosial-Demokratlar Partiyasının həmsədri postunu da tərk edir.
B.Bas öz qərarını ögey qızının vəfatından sonra verdiyini desə də, bu addımı koalisiya üzrə tərəfdaşlar tərəfindən üzləşdiyi təzyiqlərə görə də atdığını bildirib.
“Ögey qızımın ölümündən sonra anladım ki, kədərimi yaşamaq üçün mənə vaxt lazımdır”, - siyasətçi qeyd edib.
Onun sözlərinə görə, hazırda partiya və hökumətdə işini tam şəkildə icra edə bilmir.
Qeyd edək ki, Berbel Bas 2021-ci ildən 2025-ci ilin martına qədər Almaniya parlamentinin sədri vəzifəsində çalışıb. O, ötən il Lars Klingbeil ilə birlikdə Sosial-Demokratlar Partiyasının həmsədri seçilib və 2025-ci ilin mayından əmək və sosial məsələlər naziri vəzifəsini icra edib. Son aylarda o, istefa çağırışları da daxil olmaqla, sosial islahatların sürəti ilə əlaqədar tənqidlərlə üzləşmişdi.
Onu da bildirək ki, Basın ögey qızı sentyabrın sonunda 53 yaşında vəfat edib. O, alman siyasətçinin həyat yoldaşı Ziqfrid Ambroziusun qızı olub. Z.Ambrozius isə 2020-ci ildə 79 yaşında dünyasını dəyişib. B.Basın başqa övladı yoxdur.
Son xəbərlər
Son Xəbərlər