Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək

kamran-eliyev-gencede-vetendaslari-qebul-edecek
Oxunma sayı: 1763

Baş prokuror Kamran Əliyev oktyabrın 10-u saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.