Masallı rayonunda qadın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 29-u saat 03 radələrində rayonun Bədəlan kəndində baş verib.
Kənd sakini ruhi xəstə 1980-ci il təvəllüdlü Ruhiyyə Abbas qızı Mirzəyevanın meyiti kənd ərazisindəki kanalda tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
45 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər