Müğənni Natavan Həbibinin “Qafqazinfo”ya müsahibəsi
- Azislə eyni səhnəni bölüşəcəksiz. Görürəm ki, hazırlığa başlamısız. Ancaq konsert dəvətnamələrində sizin adınız əks olunmamışdı. Son anda dəvət olundunuz?
- Bir həftədir ki, konserti anons edirik. İki həftə bu qərar barədə fikirləşirdim. Tərəddüdlərim var idi, son anda qərarımı verdim. İlin yekunu üçün hesabat xarakterli konsert hazırlayırıq.
“Burun əməliyyatı keçirən məşhurlar sırasına salınmışdım”
- Türkiyə və Rusiya səfəri sizə yarayıb, xarici görünüşünüzdə müəyyən dəyişikliklər görürəm...
- Mən Rusiyaya özüməqulluq məqsədiylə gedirəm. Sanatoriyada iki həftə qaldım. Son vaxtlar hamı estetik əməliyyat etdirdiyimi, burnumu və üzümü dəyişdirdiyimi deyir. Son fotosessiyamızda fotoqrafın işi qeyri-adi olduğuna görə, şəkildə dəyişik düşmüşəm. Hətta, maqazin proqramlarında burun əməliyyatı keçirən məşhurlar sırasına salınmışdım.Onu qeyd etmək istəyirəm ki, heç bir estetik əməliyyat etdirməmişəm.

“Bu gündən sonra burnum böyüməyəcək, dodağım kiçilməyəcək”
- Siyahıda Aygün Kazımova, Röya və siz...
- Guya, bizim həkimizdə eyni imiş. Camaatı da çaşdırırlar. Adımın belə şeylərdə hallanmasını istəmirəm. Mən heç kəsdən qorxmuram, çəkinmirəm. Lazım olsa edərəm. Yəni bu gündən sonra burnum böyüməyəcək, dodağım kiçilməyəcək. Edənlərə pis baxmıram, sadəcə mən belə addım atmamışam. Bəlkə, əyri ağız, yekə burun olsaydım edərdim. İstəmirəm, “bu da süni gözəldir” desinlər.
- Son zamanlar TV-lərin müğənnillərə “zapret” qoyması gündəmə gəlib...
- Mənim yolumda belə şeylər çox olub. Bir çox kanallarda mənə də qadağa qoyulurdu. Bu addım kiminsə kimlə dost olduğuna görə atılırdı. Mənim nə qəbahət işim ola bilər? Siyasətdən danışmıram, kimlərisə döyüb-söymürəm...
Bəzi şəxslər dostluq münasibətlərindən istifadə edərək mənə pislik etmişdilər, buna da nail olmuşdular.. Hər zaman hamını Allaha tapşırmışam. Mən yolumu davam edirəm, haqqımı tələb edib danışıram. Məni efirə buraxmayanlar, təxribat hazırlayanlar indi yoxdu. Elə kanallar var ki, indi də münasibətim yoxdu.

“Bir ay Türkiyədə villa kirayə götürüb yaşadım”
- Bir azda Türkiyə səfərinizdən danışaq...
- Bir ay Türkiyədə villa kirayə götürüb yaşadım. Çox xoşuma gəldi. Daha çox qalmaq istədim. Bir aydan sonra oturum almaq üçün müraciət etdik. Ondan sonra elə ev almaq qərarına gəldim. İki gün ərzində alacağım evi tapdıq.
- Nəğd aldız?
-Əlbəttə, yox bir Türkiyədən kredit götürdüm (gülür).
- Belə başa düşdüm ki, maliyyə vəziyyətiniz yaxşıdı...
- Mən əvvəl də bu haqda danışmışdım. Müğənnilikdən qazandığım pulları bir işə yatırmışam. Mən hər ay bu işdən gəlir götürürəm.
“Bu olaylardan sonra küsüb ölkədən getməmişəm”
- Sizi küsüb ölkədən getməyə vadar edən səbəb nə ola bilər?
- Azərbaycan şou aləmində mənim qədər çətinlik görən ikinci şəxs yoxdur, başım bəlalıdır. İllərdir söz-söhbətlərin içindəyəm. Güclü insan olaraq bunlara dözdüm. Hər şey aydın oldu. Bu olaylardan sonra küsüb ölkədən getməmişəm. Bu çox ciddi məsələ idi. Milliyətimə ləkə gətirmək istədilər. Mübarizəmi apardım, hər şeyi sübut etdim. Başqa nə ola bilər? Burada söhbət bütün ailəmdən gedirdi. Bu ləkə hamısının üzərinə yapışmışdı. Belə hadisələr məni daha da gücləndirdi.
Elvin Elxan
Fotolar: Nuran Məmmədov

Son xəbərlər
Son Xəbərlər