Kann festivalının “Ən yaxşı qadın aktrisa” mükafatını aldı - Foto

kann-festivalinin-en-yaxsi-qadin-aktrisa-mukafatini-aldi
Oxunma sayı: 4786

Türkiyənin məşhur aktrisası Merve Dizdar 76-cı Kann Film Festivalında “Ən yaxşı qadın aktrisa” mükafatını alıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bu mükafatı "Quru otlar haqqında" filmindəki performansına görə qazanıb.

Qeyd edək ki, filmin rejissoru Nuri Bilge Ceylandır. Ekran işində Deniz Celiloğlu, Musab Ekici, Ece Bağcı, Cengiz Bozkurt, Münir Can Cindoruk, Elif Ürse, Erdem Şenocak, Elit Andaç Çam, Nalan Kuruçim rol alıb.