“Hazırda “Kapital Bank”da müştəri müraciətlərinin cavablandırılması üçün süni intellekt tətbiq olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, artıq müştəri müraciətləri dəqiqələrlə yox, saniyələr ərzində cavablandırıla bilinəcək: “Birbank”da QR kod vasitəsilə alternativ ödəniş növlərindən istifadə olunur. Müştəri kart tətbiq etmədən mobil telefonda QR koddan istifadə etməklə ödəniş edir.
Biz, həmçinin plastik kartların sərfiyyatını azaltmışıq. Müştəriyə seçim veririk və özü seçir ki, tam rəqəmsal kart istəyir, ya yox”.
Gülnar Əliyeva