Karyerasını “Barselona”da davam etdirəcək

karyerasini-barselonada-davam-etdirecek
Oxunma sayı: 4979

“Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını “Barselona”da davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu Kataloniya klubu ilə şifahi olaraq 3 illik müqaviləyə razılaşıb. Cari mövsüm başa çatdıqdan sonra Gündoğanın İngiltərə klubu ilə müqaviləsi başa çatır.

Bildirilir ki, Gündoğanı “Barselona”ya getməyə baş məşqçi Xavi razı salıb. Mütəxəssis alman yarımmüdafiəçiyə əsas heyətdə yer almasına zəmanət verib.