Keçmiş qayınatasına xəsarət yetirən şəxs saxlanıldı

kecmis-qayinatasina-xesaret-yetiren-sexs-saxlanildi
Oxunma sayı: 1532

İyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-ci il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Almazovun keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.