“Kədər və qəzəbdən boğuluram” - Yankoviç

keder-ve-qezebden-boguluram
Oxunma sayı: 8694

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə (2:3) uduzduqları oyun haqqında öz instaqram hesabında paylaşım edib.

 “Qafqazinfo" xəbər verir ki, o, paylaşımda oyun haqqında hislərini bölüşüb.

“Kədərdən, qəzəbdən boğuluram. Amma komandamla fəxr edirəm. “Qarabağ”ı təmsil etdiyim üçün xoşbəxtəm. Fəxrlə deyə bilərəm ki, buna layiq idik. Ancaq qalib olmasaq da, bu, bizim üçün böyük təcrübə oldu”.