Kəlbəcərdə ağır qəza - 2 nəfər öldü-Foto

kelbecerde-agir-qeza
Oxunma sayı: 3734

Kəlbəcərdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qamışlı kəndində yük avtomobili dərəyə aşıb.

Nəticədə avtomobildə olan şəxslərdən 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Elçin Nadirov isə ağır vəziyyətdə Gəncədəki xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev