Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.
İlkin məlumata görə, şirkətə məxsus yük avtomobili aşıb. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
***
Hadisə nəticəsində həlak olan şəxslərin kimliyi müəyyənləşib:
Belə ki, onlar yük avtomobilini idarə edən Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Tural İsmayılov ilə sərnişinlər – 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci il təvəllüdlü Elvin İsmayılovdur.
Fotoda: Elvin İsmayılov

Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər