Kənanın oxuduğu “Bayatı Şiraz” Türkiyədə gündəm oldu - Video

kenanin-oxudugu-bayati-siraz-turkiyede-gundem-oldu
Oxunma sayı: 9810

Azərbaycanın xanəndəsi Kənan Bayramlı Şuşada "Xarıbülbül" festivalında oxuduğu "Bayatı Şiraz" muğamı Türkiyədə maraqla qarşılanıb.

"Qafqazinfo" xəbər verir ki, Türkiyənin opera müğənnisi Erhan Güzel K. Bayramlının Cıdır düzündəki ifasını sosial şəbəkə hesabında paylaşaraq öz heyranlığını bildirib.

"Mən 10 il konservatoriyada oxudum. 20 ildir ki, opera sahəsindəyəm. Bu 30 ildə mənə bu qədər dərindən təsir edən çox az səs olub. Möhtəşəmsən!", - deyə paylaşımında E. Güzel qeyd edib. 

Xatırladaq ki, K. Bayramlı Əməkdar artist, xanəndə Təyyar Bayramovun oğludur.

Qeyd edək ki, Kənan sözügedən mahnını 2021-ci ildə 1-ci "Xarıbülbül" festivalında oxuyub.